Həmd olsun aləmlərin Rəbbinə!

Mərhəmətli, Rəhmli Allahın Adı ilə!

Həmd olsun aləmlərin Rəbbinə!

Uca Allah buyurur: «Kim onu [ölənin vəsiyyətini] eşitdikdən sonra onu dəyiş­dirərsə, bunun günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir!» (əl-Bəqərə, 181)

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: «Vəsiyyət edəcəyi bir şeyi olduğu halda hər hansı bir müsəlmana vəsiyyəti yanında olmadıqca iki gecə keçirməsi caiz deyil». (əl-Buxari)

Bu ayə və hədisə istinadən mən öz ailəmə və müsəlman qardaşlarıma aşağı­dakıları vəsiyyət edirəm.

Əvvəla sizdən tələb edirəm ki, vəsiyyətlərimi tərəddüdsüz yerinə yetirəsiniz. Çünki hər bir vəsiyyətim haqdır, Quran və Sünnəyə müvafiqdir. Bilin ki, Quran və Sünnədən üz döndərsəniz, azğınlığa düşəcəksiniz və bu azğınlıq da sizi Cəhən­nəmə aparacaqdır. Hərgah mənim vəsiyyətlərimi yerinə yetirməyib öz bildiyinizi etsəniz, bilin ki, mən sizin uydurduğunuz bidətlərdən (dinə aid yeni­liklərdən) uza­ğam və Allah da buna şahiddir.

1. Xahiş edirəm ki, can verdiyim zaman mənə “lə iləhə illəllah” kəlməsini dedirdəsiniz.

2. Ruhum bədənimdən çıxdıqdan sonra gözlərimi bağlayıb bu duanı oxuyun: «Allahummə-ğfir li Ayaz (ölənin adı çəkilir) vərfa' dərəcətəhu fil-məhdiyyinə vəxlufhu fi aqıbihi fil-ğabirinə vəğfir lənə və ləhu ya Rab­bəl-aləmin vəfsəh ləhu fi qabrihi və nəvvir ləhu fiyhi». [1] Sonra da şivən salmayın, üzünüzü və yaxanızı cırmayın, başınıza döyməyin, saçlarınızı yolmayın, ölümümə gileylən­məyin, mərsiyə deməyin, Allaha qarşı nalayiq sözlər danışmayın.

3. Ölümümə görə heyfsilənməyin, əksinə, deyin: «İnna lilləhi və inna ileyhi raciun!» [2]

4. Məni Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsini ən yaxşı bilənlər yuyub, cənazə namazını qılıb dəfn etsinlər.

5. Məni öldüyüm şəhərdə müsəlmanların qəbiristanlığında dəfn edin.

6. Mənim üçün Quran oxumayın və ya oxutdurmayın. Çünki Quran ölülər üçün deyil dirilər üçündür.

7. Kişilər, həmçinin də qadınlar yas mərasimi keçirməsinlər. Xüsusən də üç, yeddi, cümə axşamı, qırx və il kimi mərasimlərdən, dəfndən sonra bir yerə yığışmaq kimi dində olmayan yeniliklərdən uzaq olun. Yaxınlarıma başsağlığı vermək üçün müəyyən gün seçib bunu xüsusiləşdirməyin və bundan ötrü bir yerə toplanmayın. Axı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və onun sadiq əshabələri (Allah onlardan razı olsun) belə şeylər etməmişlər.

8. Cənazəmin dəfn edilməsini qətiyyən təxirə salmayın.

9. Məni ancaq Allahın və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) dedikləri üzrə basdırın. Bu isə çox bəsit və lap asan bir şeydir:

Əvvəlcə meyitimi yuyub kəfənləyin və mənim üçün qəbir qazın. Sonra isə qadağan olunmamış bir vaxtda cənazə namazı qılıb cənazəmi qəbiristanlığa yeyin-yeyin apa­rın. Qəbiristanlığa çatdıqda oranın əhlini: «Əs-sələmu aleykum əhləd-diyəri minəl-mu'mininə vəl-muslimin və innə inşə Allahu bikum ləhi­qunə və yərhəmullahul-mustəqdiminə minnə vəl-mustə'xirinə. Əs'əlullahə lənə və ləkumul-afiyətə» [3] deyə­rək salamlayın. Cənazəmi qəbirə qoyarkən de­yin: «Bismillahi və alə sunnəti Rasulilləhi». [4] Cənazəmi qəbirə sağ böyrüm üstə üzüm qibləyə tərəf qoyun və məni silkələməyin.Buradamənə heç nəyi təlqin etməyin, qulağıma heç nə deməyin. Dəfn­dən dərhal sonra: «Alla­hummə-ğfir ləhu! Allahummə səbbit­hu!» [5] deyə dua edərək mənim üçün bağışlanma və mənim sabitqədəm olmağımı Allahdan diləyin. Qəbrimin üstə şamlar, gül-çiçəklər və daha nə bilim nələr düzməyin. Həm­çinin qəbrimin üstə sinə daşı və baş daşı qoymayın, məq­bərə tikməyin. Qəbrimi ibadət yerinə çevirməyin! İbadət etmək istəyirsinizsə, məs­cidə gedin. Həm də xatırlayın ki, siz də öləcəksiniz. Əlbəttə, ağıllı mömin bu günü üçün əvvəlcədən hazırlıq görər.

10. Qəbrimi bir qarışdan artıq qaldırmayın, üstünə də bilinsin deyə hündür olmayan bir daş qoyun. Qəbrimin üstündə yaxud ətrafında şəriətə zidd olan adət­ləri tətbiq et­məyin.

11. Var-dövlətimdən.................................... məbləğində pulu ayırmışam ki, bunu........................ verəsiniz.

12. Borclarımı ödəyin.

1).....................................................................................................................................................................

2).....................................................................................................................................................................

3).....................................................................................................................................................................

4).....................................................................................................................................................................

5).....................................................................................................................................................................

13. Batil niyyətlərlə, xüsusən də bayram günlərində qəbrimi ziyarət etməyin. Qəbirləri yalnız və yalnız ölümü və Axirəti yada salmaq üçün, heç bir günü xüsusiləşdirmədən ziyarət edin. Qəbrimin üstünə gəldiyiniz zaman mənim üçün və ümumiyyətlə bütün müsəlmanlar üçün çoxlu-çoxlu dua edin.

14. Mən öləndən sonra deməyin ki,......................... filan məsələdə belə demişdir. Əksinə, deyin ki, Allah və Onun Rəsulu belə buyurub, əshabələr belə ediblər.

15. Məndən qalmış miras malını varislər arasında Allah və Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) buyurduğu qaydada bölün.

 

Allahdan istəyirəm ki, buyurduqlarımı yerinə yetirməkdə sizə yardım etsin!


[1] Tərcüməsi: «Allahım! Filankəsi... bağışla, doğru yolda olanlar arasında dərəcəsini yüksəlt, geridə qalanlara (yaxınlarına) vəkil ol. Ey aləmlərin Rəbbi! Bizi də, onu da bağışla! Onun qəbrini genişləndir və onun üçün oranı nurlu et!» (Muslim)

[2] Tərcüməsi: «Biz, Allaha məxsusuq və Ona da qayıdaca­ğıq». (əl-Bəqərə, 156)

[3] Tərcüməsi: «Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin! Allahdan özümüzə və sizə salamatlıq diləyirəm!» (Muslim)

[4] Tərcüməsi: «Allahın adı ilə və Rəsulullahın Sünnəsi üzrə!» (Əbu Davud)

[5] Tərcüməsi: «Allahım, onu bağışla! Allahım, onu səbatlı et!» (Əbu Davud)


Дата добавления: 2015-12-17; просмотров: 1; Мы поможем в написании вашей работы!

Поделиться с друзьями:




Мы поможем в написании ваших работ!